Qarabağ erməniləri bir neçə kəndin Xankəndi ilə əlaqəsinin kəsilməsindən şikayətləniblər.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qarabağda qeyri-qanuni məskunlaşan ermənilər martın 25-dən bir neçə kəndin Xankəndi ilə əlaqəsinin kəsilməsindən gileyləniblər.
“Həmin kəndlərlə təcili əlaqə saxlamaq üçün istifadə edilən alternativ meşə yolundan artıq təhlükəsizlik məsələlərinə görə istifadə edilmir. Rayon rəhbərliyi müvəqqəti də olsa, vəziyyətdən çıxış yollarını hələ də axtarır. Lakin hələlik heç bir ciddi dəyişiklik qeydə alınmayıb”, – deyə media yazıb.
P.S. Əslində Qarabağda yaşayan ermənilərin bir araya gəlib separatçı rejimi yıxmağa ehtiyacı var. Qarabağın erməni əhalisinin bütün bəlaları separatçı rejimdən gəlir. Əsas məsələ daşı ətəyindən töküb adam kimi inteqrasiya olmaqdır. Azərbaycan Respublikasının pasportunu daşyan hər bir kəsin üzünə bütün yollar açıqdır.
Xuraman Etibarlı,
KONKRET.az
