Qarabağ ermənilərinin internet və telefon xidmətləri KƏSİLDİbackend

Qarabağ ermənilərinin internet və telefon xidmətləri KƏSİLDİ

Qarabağda internet və telefon xidmətləri kəsilib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumatda bildirilir ki, Qarabağı internet və telefon xidməti ilə təmin edən kabel sıradan çıxıb.

“Karabakh Telecom” abunəçilərinin nəzərinə çatdırır ki, kabelin zədələnməsi ilə əlaqədar “Arsax”da stasionar internet və telefon xidməti mövcud deyil. Bu, müvəqqəti narahatlıqdır. Bərpa işləri aparılır”, – məlumatda deyilir.

P.S. Qarabağ adını qəbul etməyərək, qondarma qurumlarına “Arsax” adı verən separatçılar internet və telefon xidmətləri şirkətinə “Qarabağ Telekom” (Karabakh Telecom) adını veriblər. 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*