“Qarabağ” – “Ludoqorets” oyununa 23000 bilet satıldıbackend

Qarabağ” - “Ludoqorets" oyununa 23000 bilet satıldı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) oyununa 23000 bilet satılıb.

Ağdam klubundan KONKRET.az-a verilən məlumata görə, avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*