Milli Təhlükəsizlik Xidmətinin təqdimatından sonra İrəvanın mərkəzindəki Respublika meydanında Güney azərbaycanlılar tərəfindən ifa edilən “Qarabağ” mahnısının videosunu yayan şəxs İstintaq Komitəsinin vəsatəti ilə həbs edilib.
KONKRET.az xəbər verir ki, videonu yayan Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Q.B.-yə qarşı nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyin qızışdırılması ittihamı irəli sürülüb.
Bildirilib ki, 30 yanvar 2024-cü ildə İran vətəndaşları tərəfindən Respublika meydanında oxunan mahnını çəkərək, onun mahiyyətini təhrif edən təqdimatla yayan Q.B bununla Ermənistan hakimiyyətinə və polis əməkdaşlarına qarşı nifrət, dözümsüzlük və düşmənçiliyin qızışdırılmasına yönəlmiş cinayətlər törədib.
Bunun ardınca Ermənistan MTX araşdırmalara başlamışdı.
Məhkəmə istintaqın həbs vəsatətini rədd edib və saxlanılan Qərib Babayan azadlığa buxarılıb. Ona qarşı yalnız “ictimai çıxış hüququnun məhdudlaşdırılması” tədbiri seçilib.