Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Molde” matçının vaxtı açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Molde”nin rəsmi saytı məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşün sentyabrın 16-da keçiriləcəyi bildirilib.
Oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” – “Molde” cütünün qalibinin potensial rəqibi bu gün bəlli olacaq.
