Qarabağ qəhrəmanımız Maksim BAL yarmarkasında – FOTObackend

Qarabağ qəhrəmanımız Maksim BAL yarmarkasında - FOTO

Bu dəfə 44 günlük savaş veteranı Maksim Voskresenskiy haqqında bəhs edəcəyik.

KONKRET.az xəbər verir ki, Zaqatala sakini olan Maksim vətənin erməni işğalından azad olunması uğrunda döyüşərək Füzulidə ağır yaralanıb.

Buna baxmayaraq, Maksim döyüşməyə davam edib və Şuşa şəhərinə qədər çatıb.

Azərbaycanın igid oğlu atası ilə birgə arıçılıqla məşğuldur. Bakıdakı bal yarmarkasına 400 kilo Zaqatala balə gətirən Maksim məhsulunun satışı zəif gedir. Halbuki 20 yaşlı qəhrəmanın satdığı bal əla keyfiyyətdədir. Gənclik metrostansiyasının yaxınlığındakı yarmarkada Maksimə dəstək lazımdır.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*