“Qarabağ” “Sabah”a qarşıbackend

“Qarabağ” “Sabah”a qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son görüşləri keçiriləcək.

KONKRET.az xəbər verir ki, günün ilk matçında “Sumqayıt” və “Şamaxı” komandaları üz-üzə gələcək.

Turun son matçında isə “Qarabağ” “Sabah”ı qəbul edəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i 2:0, “Neftçi” səfərdə “Qəbələ”ni, “Zirə” isə “Səbail”i 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası, VI tur

11 sentyabr (bazar)

18:00. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Cavanşir Yusifov, Emin Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
“Kapital Bank Arena”

20:30. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*