Qarabağ separatçısı yenə Konqresdə çıxış etdibackend

Qarabağ separatçısı yenə Konqresdə çıxış etdi

ABŞ-da səfərdə olan qondarma “Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri” Mais Mailyan Konqresdə çıxış edib.

KONKRET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Konqresdə qondarma rejimin “uğurları” barədə hesabat təqdim edib. Ermənipərəst konqresmenlər Bred Şerman və Frenk Pallone isə Nümayəndələr Palatasının “erməni soyqırımı”nı tanıyan 296 nömrəli qətnaməsini Mais Mailyana təqdim ediblər.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Mais Mailyanın ABŞ-a səfəri ilə bağlı Vaşinqtona etiraz notası göndərmişdi.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*