Qarabağda ermənilərin müvəqqəti yaşadığı ərazilər güclü külək nəticəsində işıqsız qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına Qarabağdakı qondarma qurumdan məlumat verilib.
Bildirilir ki, 110 kV-lik “Sərsəng” yarımstansiyasında güclü külək nəticəsində qəza baş verib. Baş vermiş qəzaların aradan qaldırılması ilə əlaqədar, aprelin 20-də bütün “Arsax” işıqsız qalacaq.
Xuraman Etibarlı,
KONKRET.az