Qarabağda evlərin satışı üçün ipoteka kreditləri veriləcəkbackend

Qarabağda evlərin satışı üçün ipoteka kreditləri veriləcək

Azərbaycan Respublikasının azad edilmiş ərazilərində 2022‒2026-cı illər ərzində yaşayış məntəqələrinin salınmasına özəl investisiyaların cəlb edilməsi və dövlət‒özəl tərəfdaşlığının qurulması təmin ediləcək.

KONKRET.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, İpoteka Kreditə Zəmanət Fondu (İKZF) və MİDA tərəfindən ərazilərdə ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahələrinin satışı dəstəklənəcək, ərazilərdə ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahələrinin satışının dəstəklənməsi məqsədilə İKZF kapitallaşdırılacaq, yaşayış sahələrinin tikintisi, habelə tikinti materiallarının istehsalı ilə məşğul olan subyektlərin maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək, cəlb edilmiş resursların maya dəyəri azaldılacaq.

Bunun üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yaşayış sahəsinin alınması üçün ipoteka kreditləşməsi mexanizminin şərtlərinə yenidən baxılacaq (kreditin girova, gəlirin borca nisbətləri və s), sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət verilməsi mexanizmI təkmilləşdiriləcək, İKZF-nin zəmanəti ilə alınan kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiya veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*