Qarabağdakı terrorçu rejimin başçısı Araik Arutyunyan ehtiyacı olanlara dəstək olmaq üçün özünün “prezident” maaşını “büdcədənkənar hesab”a köçürəcəyini bildirib.
KONKRET.az-ın məlumatına görə, Arutyunyan Qarabağın 4 aydan artıq “blokadada olduğunu” iddia edib, bunun nəticəsində ciddi sosial problemlərin yaranmasından şikayətlənib. Baş terrorçu deyib ki, bu müddətdə “minlərlə vətəndaş gəlir mənbəyini itirib”.
O əlavə edib ki, oyuncaq qurum əhalinin kəskin sosial ehtiyaclarını həll etmək üçün addımlar atsa da, əlavə maddi və mənəvi səylərə ehtiyac olduğunu nəzərə alaraq, “dövlət naziri” Qurgen Nersisyanın təşəbbüsünə qoşulur.//Musavat.com
