Qarabağ separatçılarının “müdafiə ordusu” adı altındakı qanunsuz silahlı birləşmələrində zəhərlənmə halları artıb.
KONKRET.az xəbər verir ki, bu barədə Qarabağ erməniləri sosial şəbəkələrdə yazıb.
“Müdafiə ordusu”nda Rusiya sülhməramlılarını sıxışdırmaq üçün “blokada” şəraitində vaxtı keçmiş ərzaq paylayırlar. Artıq bir neçə zəhərlənmə faktı qeydə alınıb.
Maraqlıdır ki, bir həftə əvvəl Qarabağ sakinlərindən biri sosial şəbəkələrdə bu hallarla bağlı şikayət edərək “ölkə rəhbərliyi”nə müraciət edib. “Arsax” hakimiyyəti bununla bağlı hərbi vəziyyətdə çaxnaşma yaymağa görə cinayət işi açıb. Və görünür, ordunu eyni ruhla qidalandırmaqda davam edirlər.
Vətəndaşların dərman, ərzaq və ilkin tələbat malları ilə təmin olunması istiqamətində ciddi heç bir iş görülməyib. Yalnız dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün verilişlər gedir, yumşaq desək, qalan şeylərə əhəmiyyət verilmir”, – deyə ermənilər bildirib.
P.S. Görün, ermənilər nə gündədir ki, dünyaya yalan yaymaqdan ötrü nələrə əl atırlar, öz ermənisini zəhərləməkdən belə çəkinmirlər.
Xuraman Etibarlı,
KONKRET.az
