“Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sənəddən imtina edin” –  Çalabyanbackend

"Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sənəddən imtina edin" - Çalabyan

“Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sənəddən imtina edin”.

KONKRET.az xəbər verir ki, bunu erməni siyasətçi Avetik Çalabyan konfransda çıxışında deyib.

“Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olmayıb. Qarabağ tarixən min illər boyu Ermənistan ərazisi olub. Biz qərarlıyıq.

Ermənistanın indiki hakimiyyətini Qarabağla bağlı qeyri-qanuni və dağıdıcı siyasətindən çəkindirmək üçün bütün mümkün vasitələrdən istifadə etmək əzmindəyik.

Biz Ermənistanın hazırkı hakimiyyət orqanlarından xahiş edirik ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı hər hansı sənədi imzalamaqdan açıq şəkildə imtina etsinlər.

Biz bu məsələdə bütün həmvətənlərimizin, bütün qeyri-hökumət təşkilatlarının dəstəyini gözləyirik. Və Qarabağın beynəlxalq səviyyədə tanınması gündəliyi ətrafında vahid cəbhə yaratmağı təklif edirik”, – deyə o sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*