Qarabağın separatçıları sərsəm “bəyanat” veriblər.
KONKRET.az xəbər verir ki, Qarabağ separatçılarının lideri Arayik Arutyunyan öz terrorçu dəstəsi bir neçə gündür Ermənistanı sülənir. Üç gün İrəvanda onları heç kim qəbul etməyib.
Nəhayət, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “nümayəndə heyəti”ni qəbul edib.
Görüşdə Qarabağ, son regional hadisələr və Ermənistandaxili münasibətlərlə bağlı məsələlər müzakirə olunub.
Separatçılar qondarma qurumun “rəsmi mövqeyi”ni Ermənistan Təhlükəsizlik Şurasının katibinə təqdim edib.
“Qarabağın gələcəyini Azərbaycanın bir hissəsi kimi nəzərdən keçirmək cəhdi bizim üçün “qırmızı xətt”dir. Biz Xankəndinin iştirakı ilə ATƏT-in Minsk Qrupu formatında danışıqlar prosesini bərpa etməyə hazırıq”, – sərsəmləmədə deyilir.
Qeyd edək ki, erməni mediasının yazdığına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin Ermənistan üçün birdəfəlik bağlandığını göstərmək məqsədilə Arayik Arutyunyanla təmasları məhdudlaşdırmaq qərarına gəlib.
İddiaya görə, Xankəndidə Araik Arutyunyanı hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərinin arxasında Paşinyan dayanır. Arutyunyana qarşı aksiyanın təşkilatçılarından biri olan Tiqran Petrosyan da Ermənistan hakimiyyətinə yaxın adamdır.
“Yüksək rütbəli nümayəndə heyəti üçüncü gündür ki, İrəvandadır, lakin indiyədək bunu heç kim qəbul etməyib və bu, görünməmiş haldır”, -deyə media yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
