Azərbaycan Ermənistan tərəfdən Qarabağın girişində xəbərdarlıq lövhəsi yerləşdirib.
KONKRET.az-ın xəbər verdiyi kimi, aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri Ermənistanla sərhəddə Həkəri körpüsü yaxınlığında mövqe tutub. Daha sonra Azərbaycan hökumətinin müvafiq xidmətləri Ermənistan ilə şərti sərhədin təchiz edilməsi işlərinə başlayıb.
Hazırda Qarabağın girişində Ermənistan tərəfdə “Siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” lövhəsi yerləşdirilib.
Xuraman Etibarlı,
KONKRET.az

Əla ! İnşaAllah Xankəndində də tezliklə bayrağımız dalğalanar.