WUF13 zamanı yollarda hər hansı məhdudiyyət, postların qurulması, rayonlardan, bölgələrdən paytaxta daxil olmaq istəyən sürücülərin buraxılmaması kimi hallar nəzərdə tutulmur.
KONKRET.az xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.
O qeyd edib ki, yalnız 18 noyabr tarixində açılış günü bu hal ola bilər:
“Çox qısa müddətdə paytaxtın cənub hissəsindən, yəni “Lökbatan dairəsi” kimi tanıdığımız həmin ərazidən ola bilər ki, paytaxta gələn nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilsin, kənar dairəvi yola tərəf istiqamətləndirilsin. Yəni digər yerlərdən gələn nəqliyyat vasitələri üçün hər hansı məhdudiyyətin tətbiq olunması nəzərdə tutulmur. Bunun özü də, yəni məhdudiyyət demək deyil, hər hansı post qurulması, nəqliyyat vasitələrinin buraxılmaması kimi qiymətləndirilmir. Yalnız şəhərə həmin istiqamətdən deyil, digər istiqamətdən buraxılış olacaq. Ola bilər ki, tədbir günü zərurət olarsa, həmin istiqamətdə nəqliyyat vasitələri kənar dairəvi yol istiqamətinə yönləndirilsin”.
