“Üç milyon 120 mindən çoxdur, amma “vətən”imiz Qarabağ 3 milyondan bahadır”.
KONKRET.az xəbər verir ki, bunu erməni ekspert Tiqran Muradyan yazıb.
“Qurgen Arsenyanın sözlərinə cavab olaraq qışqırmağa, söyməyə ehtiyac yoxdur. Ağlabatan cavab vermək lazımdır.
Arsenyanın həm də hakimiyyətin kursu olan nəzəriyyəsi qısaca deyir:
“3 milyon 120 mindən artıqdır, ona görə də “vətən”in bir hissəsini, Qarabağı 3 milyon can bahasına xilas etməyə dəyməz və ondan imtina etmək lazımdır”.
Qurgen Arsenyana və başqalarına cavab belədir:
Ermənistanın 3 milyon erməni sakinlərindən qeyd olunan nəzəriyyə ilə razılaşanlar Norveçə, Azərbaycana və ya Rusiya Federasiyasına mühacirət edərək həyatlarını xilas edə bilərlər.
Qarabağın hər santimetri neçə-neçə insanın həyatından qiymətlidir, ona görə də məzhəbi qəbul edə bilməyənlər Ermənistanda qalacaq, köçməyəcək və döyüşəcəklər”.
Xuraman Etibarlı,
KONKRET.az
