“Qarabağın separatçı qurumu bir neçə günə buraxılacaq” – Erməni KİVbackend

"Qarabağın separatçı qurumu bir neçə günə buraxılacaq" - Erməni KİV

Qarabağda birgünlük antiterror tədbirlərindən sonra regionda vəziyyətin dəyişməsi separatçı rejimin təslim olmasıyla nəticələndi. Ağ bayraq qaldıran qondarma rejimin nümayəndələri dərhal danışıqlara hazır olduqlarını bildirdilər. Ermənistan mətbuatı da məsələni gündəmdə saxlayır və ona müxtəlif aspektlərdən yanaşaraq şərh edir.

KONKRET.az-ın xəbərinə görə, “Hraparak” nəşri yazır ki, “Sentyabrın 21-də Yevlaxda keçirilən görüşdən sonra “prezident” Samvel Şahramanyanın təmsil etdiyi Qarabağın qondarma “avtoritetləri” Azərbaycan təmsilçiləri ilə fəal əlaqə saxlayırlar”.

Əslində erməni mətbuatının bu nisgilini başa düşmək olar. Uydurduqları “qalib ordu” bir günün içində məhv oldu və indi Qarabağda silahların təhvilvermə prosesi gedir. “Hraparak daha sonra yazır: “Görüş zamanı azərbaycanlılar növbəti dəfə prioritet tələblərini təkid etdilər. Bu tələblərdən ən birincisi odur ki, Qarabağ “hakimiyyəti” dövlət strukturlarının və qurumlarının ləğvini elan etməli, Xankəndidəki bütün dövlət qurumlarının binalarına Azərbaycan bayrağı asılmalıdır. Bundan sonra isə inteqrasiya prosesi başlamalıdır”.

“Hraparak” yazır ki, Şahramanyan Azərbaycandan Xankəndiyə girişi təxirə salmağı xahiş edib və bildirib ki, şəhərdəki çaxnaşmanı nəzərə alıb şəhərə bir neçə gündən sonra girmək lazımdır. Eyni zamanda, Qarabağı tərk etmək istəyənlərə humanitar dəhliz veriləcəyi ilə bağlı razılıq da əldə olunub”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*