“Risk qrupuna daxil olan bəzi uşaqlar koronavirusu ağır keçirir. Məsələn, bir yaşdan aşağı, hər hansı xroniki, yəni ürək, böyrək xəstəlikləri olan, serebral iflicdən, xərçəngdən əziyyət çəkən, əvvəldən və ya sonradan yaranan immunitet çatışmazlığı olan uşaqlar digərlərinə nisbətən xəstəliyi ağır keçirə bilər”. Avqust ayının 11-də Türkiyədə Kastamonu vilayətinin Bozkurt rayonunda meydana gələn sel dağıntılara səbəb olub.
KONKRET.az xəbər verir ki, dərə yatağında yerləşən bir çox yaşayış binası çöküb, selə düşən iki nəfər dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halın idarəolunması başqanlığının (AFAD) əməkdaşları dərhal hadisə yerinə cəlb olunub və axtarış xilasetmə işləri başladılıb.
Yağıntılı hava şəraiti Bartın və Sinop vilayətlərində də selin meydana gəlməsinə səbəb olub. Bartında selə düşən bir nəfərin axtarış işləri davam etdirilir.
