Qax sakini özü yaşadığı evi yandırıb.
KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Uzuntala kəndində baş verib. Belə ki, kənd sakini Kərimov Cuma Aydın oğlu özü yaşadığı evi yandırıb. Yanğın yerinə Qax rayon Yanğından Mühafizə Hissəsindən bir yangınsöndürən maşın və şəxsi heyət cəlb olunub.
Yanğın zamanı 60 kv metrlik iki otaq və bir hamamdan ibarət olan həyətdəki ev içindəki əşyalarla birlikdə tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır. qafqazinfo
