Qax rayonunda bədbəxt hadisə baş verib.
KONKRET.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1954-cü il təvəllüdlü Neymət Əhmədov əkin sahəsindən kəndə qayıdan zaman ehtiyatsızlıqdan at arabasından yıxılıb.
Hadisə zamanı N.Əhmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.//Report
