“Qaynama nöqtəsi gəldi. Nikola və camaata pis xəbərim var” – Naira Zohrabyanbackend

“Qaynama nöqtəsi gəldi. Nikola və camaata pis xəbərim var” - Naira Zohrabyan

“Azərbaycan sülh sənədinin imzalanması üçün ilkin şərt kimi Ermənistanı sadəcə olaraq Konstitusiyasını dəyişdirməyə məcbur edir. Azərbaycan rəsmisi açıq-aydın deyir ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən 100 ildən sonra da sülh müqaviləsi imzalanmayacaq, çünki onlara aydın təminat lazımdır ki, növbəti hökumət gəlib onu ləğv etməyəcək. Biz görürük ki, bu gün Xarici İşlər Nazirliyi Azərbaycanın tələbi ilə Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsinə dair ultimatumdan başqa hər şeydən danışıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Demokratiya və Təhlükəsizlik” QHT-nin rəhbəri, siyasətçi Naira Zohrabyan deyib.

“Sərhəd tənzimlənməmiş sülh sazişini necə təsəvvür edirsiniz? Nikol Paşinyan sülh müqaviləsi ilə bağlı istənilən danışıqlar prosesini ləğv edib və artıq gündəmi olmadığı üçün velosiped sürür, qəsəbələrə gedir, alma-armud alır. Biz gündəmi olmayan bir hökumət görürük. Problem ondadır ki, bu adamın Ermənistanı təmsil etməsi, Ermənistanın adından danışıqlar aparması içində olduğumuz fəlakətdir. Hələ qarşıda bizi çox fəlakət gözləyir ki, bu da artıq hamımızın şəxsi faciəsidir”, – deyə o vurğulayıb.

O qeyd edib ki, Ermənistan bir şərtlə Azərbaycanda keçiriləcək COP29-da iştirak edə bilər: erməni nümayəndənin gedəcəyi təyyarə, hərbi əsirlər və Qarabağın erməni siyasi elitası onunla birlikdə Ermənistana qaytarılacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*