Bu model Everest dağına qalxıb, dağın zirvəsinə enməklə dünya rekordu qırıb.
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Nur-Sultanda Tacikistana ixracın başlanğıcını qoyan Qazaxıstan istehsalı olan ilk helikopterin açarları təntənəli şəkildə təhvil verilib.
Helikopter Qazaxıstan-Fransa-Almaniya Eurocopter Kazakhstan Engineering müştərək müəssisəsi tərəfindən istehsal olunub. Alıcı isə Tacikistanın Somon Air aviaşirkətidir. Aviaşirkət tərəfindən satın alınan H125 helikopteri beş sərnişin üçün nəzərdə tutulub və aviaşirkət ondan ilk növbədə biznes və turizm məqsədləri üçün istifadə etməyi planlaşdırır.

Somon Air şirkətinin baş direktorunun birinci müavini Zöhrob Jurayev deyib ki, “bu helikopter suveren Tacikistan üçün ilk mərhələdir – məşhur bir istehsalçı ilə tərəfdaş olmaq bizim üçün böyük şərəfdir. Əminəm ki, bu helikopter həm turizmin, həm də şirkətimizin inkişafına xidmət edəcək. Onun əməliyyat etibarlılığına şübhə etmirik. Bu gələcəyə inam, regional uçuşların inkişafı və təbii ki, Eurocopter Kazakhstan Engineering ilə uzunmüddətli əməkdaşlıqdır”.
Eurocopter Kazakhstan Engineering-in İdarə Heyətinin sədri Kuanyş Bişimov isə bildirib ki, “biz dayanmaq fikrində deyilik, əksinə ixracımızı artırmaq niyyətindəyik. Tacikistana daha 5-10 helikopter satmaq imkanların artırılması üçün danışıqlar aparırıq. Qırğızıstana tədarükümüzə başlanğıc var, onlar 10 helikopterlə maraqlanırlar. Xidmətlərin ixracı (texniki qulluq və təmir) üzərində də çox işlər görürük”.
Qazaxıstan İxracat Sığorta Şirkəti ASC-nin idarə heyətinin sədri Ruslan İskakovun sözlərinə görə, 2019-cu ilin aprel ayında Tacikistanda yaradılan nümayəndəlik bu müqavilənin tanıdılması istiqamətində fəal iş aparıb: “Biz maliyyə institutu olaraq bu əməliyyatın maliyyələşdirilməsini təşkil etdik: tərəfdaş bankımızla (Tacikistanda) ticarət maliyyəsini təmin etdik. Nəticədə, aviaşirkət bu helikopterin alınması üçün beşillik kredit aldı və özü üçün əlverişli müddətdə krediti ödəyə biləcək”.
Eurocopter Kazakhstan Engineering şirkəti MDB və Mərkəzi Asiya ölkələrində Airbus Helikopters-in istehsalı olan EC145, H125, H130 helikopterlərini yığıb satmaqla yanaşı, habelə onların texniki qulluğu ilə məşğul olur, şirkətdə pilotların və texniki işçilərin rus və ingilis dillərində təlimi də reallaşdırılır.
