Qazaxıstan bu ilin mart ayında Yaxın Şərqə ilk sülhməramlı missiyasını yola salacaq.
KONKRET.az bildirir ki, Qazaxıstan parlamentin hər iki palatası prezident Qasım-Comərd Tokayevin Suriyadakı Qolan təpələrinə 139 Qazaxıstan sülhməramlısının göndərilməsi təklifinə səs verib.
Sülhməramlılar Qolan təpələrində BMT-nin Müşahidəçi Qüvvəsinin ehtiyat bölməsi kimi xidmət edəcəklər.
Qeyd edək ki, Tokayev Yaxın Şərq və Afrika ölkələrinə 430-a qədər Qazaxıstan sülhməramlısı göndərməyi təklif edib.
Ayan,
KONKRET.az
