Qazaxıstanda 5,4 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın “SOME” MMC-nin seysmik stansiyalar şəbəkəsi məlumat yayıb.
Qazaxıstanda 5,4 bal gücündə zəlzələ baş verib.
“Fevralın 6-da Almatı vaxtı ilə saat 19:02:40-da zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Qazaxıstanın Almatı şəhərindən 628 km qərbdə yerləşib. MPV-nin maqnitudası 5,4-dür”, – məlumatda deyilir.
Yeraltı təkanlar Çimkənddə 2-3 bal, Tarazda isə 2 bal gücündə hiss olunub.
Zəlzələnin episentri Qazaxıstanın cənubunda, Şimkənd və Türküstan arasında yerləşir.
Xuraman Etibarlı,
KONKRET.az
