Qazaxıstanda yaşayış binasında qaz balonunun partlaması nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İki zərərçəkənin vəziyyəti ağırdır. Onlar bədənlərinin 80% və 50% yanıqları ilə reanimasiyadadırlar.
Janaozen şəhərində baş verən hadisə nəticəsində binanın girişi dağılıb.
Xuraman Etibarlı,
KONKRET.az
