Qazaxıstanlı politoloq: KTMT-nin resursları ərazi münaqişələrində istifadə oluna bilməzbackend

Qazaxıstanlı politoloq: KTMT-nin resursları ərazi münaqişələrində istifadə oluna bilməz

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) resursları ərazi münaqişələrində istifadə oluna bilməz.

KONKRET.az xəbər verir ki, Bunu Trend-ə qazaxıstanlı politoloq Dosım Satpayev Ermənistanın kömək üçün KTMT-yə müraciətini şərh edərkən deyib.

O qeyd edib ki, KTMT-nin nizamnaməsinə əsasən, bu təşkilat hər hansı siyasi və hərbi oyunlar üçün istifadə oluna bilməz:

“Bu təşkilatın səyləri hansısa üzv istəyir deyə istifadə oluna bilməz. Bu qurum yalnız xarici təcavüz halında öz üzvlərinə dəstək göstərə bilər. Amma söhbət ərazi mübahisələrindən gedirsə, bu, KTMT-nin səlahiyyətlərinə daxil deyil, çünki bu cür məsələlər diplomatik yolla həll olunmalıdır”.

Politoloq xatırladıb ki, Qazaxıstan hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin fəal tərəfdarı olub:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*