Qazidən Tolikə hərbi dərs: “Bu məsələ onun başı, düşüncəsi üçün deyil”backend

Qazidən Tolikə hərbi dərs: “Bu məsələ onun başı, düşüncəsi üçün deyil”

“Son vaxtlarda cənab prezident İlham Əliyevin tapşırığı və nəzarətilə orduda “MAXE” strukturu ilə bağlı islahatlar həyat keçirilib və döyüşlərdə də öz nəticəsini verib”

“Tolik kimilərin bu məsələlərə fikir bildirməsi ayıbdır. Şəhidlər, qazilər, veteranlar və hərbçilərə dair qanun qəbul olunmalıdır”

“Bu məsələ nizamlanmalıdır”

KONKRET.az xəbər verir ki, prodüser Tolik (Tarix Əliyev) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir edib.

“Tik-tok” sosial şəbəkəsində izləyiciləri ilə söhbət zaman MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik bildirib ki, onu əsgərlər qoruyur:

“MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”.

Əlbəttə, prodüser bu fikirləri ölkə ictimaiyyətində ciddi tənqid atəşinə tutuldu.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu da Tolikin hərbçi, hərbi anlayış, MAXE, zabit şərəfi və s. bilən insan olmadığını bildirib:

“MAXElər müddətdən artıq hərbi qulluqçulardı. Onlar da əsgərlərlə bərabər xidmət çəkirlər. Ön cəbhədə postlarda dururlar, düşmənlə üzbəüz döyüşürlər. 44 günlük Vətən müharibəsində  xeyli sayda maxe şəhid olub. Bu məsələlər  onun başı, səviyyəsi və düşüncəsi üçün deyil. Çox yaramaz ifadə işlədib. Ona aid olmayan məsələlərə qarışıb. Çox təəssüf ki, mediada və televiziyada boşluqlar olanda Tolik kimilər at oynadır. Son vaxtlarda cənab prezident İlham Əliyevin tapşırığı və nəzarətilə orduda “MAXE” strukturu ilə bağlı islahatlar həyat keçirilib və döyüşlərdə də öz nəticəsini verib”.


Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu cür halların baş verməməsi üçün müəyyən ölçü götürülməlidir:

“Tolik kimilərin bu məsələlərə fikir bildirməsi ayıbdır. Şəhidlər, qazilər, veteranlar və hərbçilərə dair qanun qəbul olunmalıdır. Onlara qarşı edilən hər hansısa səhvə görə çox sərt cəza tədbirləri tətbiq edilməlidir. Yerindən duran hərbçiyə “dil uzadır”. İstər siyasi partiya rəhbəri olsun, istər prodüser, şair və s. olsun. Heç kimin belə danışmağa haqqı yoxdur. Bu məsələ nizamlanmalıdır”./Şərq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*