backend

Qazın təzyiqi niyə aşağıdır? - VİDEO

Bakıda və bölgələrdə bəzi ərazilərdə mənzillərə verilən qazın təzyiqi aşağıdır. KONKRET.az xəbər verir ki, son günlər bununla bağlı müraciətlər çox daxil olur. ”Azəriqaz” İstehsalat Birliyi də məsələyə münasibət bildirib.

Qaz verilib, ancaq təzyiqi aşağıdır. Bu hal həm paytaxtda, həm də bölgələrdə bir sıra ərazilərdə müşahidə olunur. Məsələn, Bakının Xəzər rayonu Binə qəsəbəsi ”Südçülük” sovxozu adlanan ərazinin sakinləri bildirir ki, havalar soyuyandan sonra mənzillərinə verilən qazın təzyiqi aşağı düşüb.

Eyni vəziyyət Yevlax rayon Salahlı kəndində də yaşanır.

Problemdən ”Azəriqaz” İstehsalat Birliyi də məlumatlıdır. Qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov  bildirib ki, ölkə üzrə qaza olan tələbat artıb. Ötən ilin eyni vaxtları ilə müqayisədə gündəlik sərfiyyat 5 milyon kub metr həcmində artib. Təkcə bunun 3 milyon kub metri Bakı şəhəri və onun ətrafında aiddir. Qaza olan tələbatın artmasının bir səbəbi yeni qazlaşdırılmış ərazilərin çoxalmasıdırsa, digər səbəb istixanaların da sayının artması göstərilir.

Ümumilikdə mənzillərində qazın təzyiqi aşağı olan vətəndaşlar bu problemlə bağlı video va fotoları çəkərək ”Azəriqaz” İstehsalat Birliyinin 077-310-41-04 qaynar votsap xəttinə göndərə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*