“Qazprom” Finlandiyaya qaz nəqlini DAYANDIRDIbackend

“Qazprom” Finlandiyaya qaz nəqlini DAYANDIRDI

Rusiya törəmə şirkəti olan “Qazprom Export” mayın 21-dən Finlandiyaya qaz nəqlinin dayandırıldığını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, holdinq Finlandiya tərəfdən aprel ayı üçün ödəniş almadığını bildirib.

“Qazprom Export”un məlumatına görə, Finlandiyaya qaz tədarükünü dayandırmaq qərarına Rusiyanın rublla ödənişləri tələb edən yeni qaydalarına uyğun olaraq aprel ayında təhvil verilmiş qazın ödənilməməsi səbəb olub.

Rusiya şirkəti əlavə edib ki, onlar Finlandiyanın dövlətə məxsus “Qasum” topdansatış şirkətinin başlatdığı arbitraj prosesində öz maraqlarını müdafiə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*