“Qəbələ” Kaxaber Sxadadze ilə yollarını ayırıb.
KONKRET.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun köməkçisi Georgi Çixradze ilə əməkdaşlığa da son qoyulub.
Qeyd edək ki, Kaxaber Sxadadze 2024-cü ilin fevralından “Qəbələ”ni çalışdırırdı.
