Qəbələdə yanğın başladı – Helikopter cəlb olundubackend

Qəbələdə yanğın başladı - Helikopter cəlb olundu

Qəbələ rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*