Qəbələdə yol qəzası: Ana və 2 yaşlı körpəsi xəsarət aldıbackend

Qəbələdə yol qəzası: Ana və 2 yaşlı körpəsi xəsarət aldı

Qəbələ rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1990-cı il təvəllüdlü Yediyarova Şəfa Ələddin qızı və azyaşlı övladı, 2020-ci il təvəllüdlü Yediyarova Duyğu Elşən qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.  Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*