Qeqamyan: “Əliyev yeni müharibəyə hazırlaşır”backend

Qeqamyan: "Əliyev yeni müharibəyə hazırlaşır"

“Dünən bir sıra mühüm hadisələrlə zəngin olub, onlardan biri – Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar oldu”.

KONKRET.az xəbər verir ki, bu barədə tarix elmləri namizədi, türkoloq Varujan Qeqamyan danışıb.

O xatırladıb ki, Azərbaycanda prezident seçkiləri əvvəlcə 2025-ci il üçün nəzərdə tutulsa da, tarix dəyişib və seçkilər 2024-cü il fevralın 7-də keçiriləcək. “Bu vəziyyət çoxları üçün sürpriz oldu, amma səbəb nədir və bundan nə əldə edirik. Mənim fikrimcə, növbədənkənar seçkilər Ermənistana qarşı yeni müharibəyə hazırlaşmaq imkanı verəcək. Qeyd etməliyəm ki, bu hazırlıq tam sürətlə gedir”.

Politoloq qeyd edib ki, Ukraynada vəziyyət dondurulacaq, hətta tam başa çatmağa doğru gedir. Bununla belə, iştirak edən müxtəlif qütblər arasında mübarizə bitmir. “Ona görə də yaxın aylarda Cənubi Qafqazın əsas münaqişə teatrına çevrilməsi ehtimalı yüksəkdir ki, bu da kənar müdaxilələrin həcminin artmasına səbəb olacaq.

2024-cü ildə Rusiyada (mart) və ABŞ-da (noyabr) yeni seçkilər keçiriləcək. Bunlar Cənubi Qafqaz üçün də önəmlidir. Bir sözlə, 2024-cü il Ermənistan və region üçün həlledici il olacaq. İlham Əliyev bunu anlayır. Və təbii ki, yeni dönəmə hazırlaşır”,- deyə politoloq fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*