Qərb Qazaxıstana görə Ermənistanı cəzalandıracaq – Qalustyanbackend

Qərb Qazaxıstana görə Ermənistanı cəzalandıracaq - Qalustyan

Ermənistan Qazaxıstana hərbi kontingent göndərdiyi üçün Qərbin sərt sanksiyaları ilə üzləşə bilər. Əvvala, İrəvan oturduğu yeri çoxdan müəyən etməli idi. 2 stulda oturmağa cəhd edəndə gec-tez yıxılmalısan. Qərbə 100 cür sadiqlik vədi verib, Rusiyanın bir “fiti” ilə hərbiçiləri Qazaxstana göndərməyin Ermənistan üçün fəlakətli nəticəsi ola bilər.

KONKRET.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Qraçya Qalustyan çıxış edib.

“Qərb buna görə Ermənistanı cəzalandıracaq. Bu artıq sözsüzdür. Ona görə ki, Qərb artıq KTMT sülhməramlılarının Qazaxıstana göndərilməsinin vacibliliyinə və qanuniliyinə şübhə edir. İrəvan anlamalıdır ki, KTMT artıq keçmişin səhvidir və bu qurum yalnız Kremlin istək və arzularını reallaşdırmaq üçün yaradılıb”, – deyə o qeyd edib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*