Qərb-Rusiya toqquşmasının Cənubi Qafqaz etapı – EHTİMAL VƏ FAKTLARbackend

Qərb-Rusiya toqquşmasının Cənubi Qafqaz etapı - EHTİMAL VƏ FAKTLAR

Üçtərəfli görüş oktyabrın sonlarında baş tuta bilər.

KONKRET.az xəbər verir ki, görüş yeri kimi Moskva və Soçi şəhərlərinin adı hallanır.

Xatırladaq ki, Vladimir Putin oktyabrın 14-də Astanada keçirilən MDB sammitində üçtərəfli görüşün keçiriləcəyi şəhərlər arasında Sankt-Peterburqa da işarə edib və bildirib ki, əsas məsələ tarixin dəqiqləşdirilməsidir.

Üçtərəfli bəyanat və 2 il

Atəşkəs barədə üçtərəfli bəyanat həm də Ermənistanın kapitulyasiyası idi. Sənəd imzalanandan sonra Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüşlər keçirilib. Bununla yanaşı, Baş nazirlərin müavinləri səviyyəsində komissiya da fəaliyyət göstərir. Ortaq məxrəcə gəlinməyən əsas məsələ Zəngəzur dəhlizidir. Halbuki imzalanan bəyanatda sözügedən dəhlizin açılmasını özündə ehtiva edən bənd var. İrəvanın dəhliz üçün başqa marşrut təklif etməsi azmış kimi, ermənilər layihəni dəhlizdən yol səviyyəsinə yuvarlaqlaşdırmaq istəyirlər. Bu isə sülh müqaviləsinin imzalanmasını yubadır. Hər halda Bakı 5 baza prinsipi İrəvana yollayıb.

Zəngəzur dəhlizi Laçın koridoru əvəzində Azərbaycanın hüquqi tələbidir. Tarix baxımından da haqlı tələb sayılır. Ermənilər odla çox oynasa, 1918-ci ildə müstəqilliyi və ərazi bütövıüyü beynəlxalq aləmdə tanınan Azərbaycan Demokratik Respublikasının xəritəsi müzakirəyə çıxarıla bilər. Həmin tarixdə isə nəinki Zəngəzur, eləcə də Göyçə Azərbaycanın tərkibində idi.

Diplomatik və hərbi toqquşmalar

Diplomatik təmaslar kimi sərhəddə də gərginlik var. İki gün (12-13 sentyabr) ərzində cəbhədə çoxsaylı ölüm qeydə alınırsa, atəşkəsin də erməni qızlar kimi ayağısürüşkən olduğunu demək olar. Və hər dəfə bunu Ermənistandakı Qarabağ klanının üzərinə atıb Nikola bəraət qazandırmağın da mənası yoxdur. Erməni elə ermənidir. Gərginliyin aradan götürülməməsi isə Rusiyanın regionda gördüyü sülhməramlı missiyanı və vasitəçiliyi Qərbin gözündə heçə endirir. Brüssel görüşlərinin intensivləşməsinə səbəb kimi bu münasibəti səbəb gətirənlər var. Şarl Mişelin vasitəçiliyində Emanuel pozası olmasa, ermənipərəst Makron müdaxilələri azalsaydı, bəlkə də irəliləyiş əldə olunardı. Yeri gəlmişkən, Şarl Mişel növbəti Brüssel görüşünün dekabrın 15-də keçiriləcəyini elan edib.

Rusiya oyundan kənar vəziyyətdə

Qərb Rusiyanı Cənubi Qafqazda ofsayda salmaq istəyir. Ermənistan-Azərbaycan sərhədinə Bakı ilə razılaşdırılmadan mülki missiyaların göndərilməsi də bu məqsədə xidmət edə bilər. Deyəsən, Qərb unudub ki, hibrid erməni dövlətinin yaradılması Çar Rusiyası ilə müştərək layihələri olub və bu istiqamətdə Anadolu planları baş tutmayandan sonra Qərbi Azərbaycana çöküblər və mənfur niyyətlərinə çatıblar. Zəngəzur və Qarabağ davaları da rusların məqsədli deportasiya, köçürtmə siyasətinin yekunudur. Yəni Qərb kökündə Kreml olan problemdə iştirakdan Rusiyanı uzaqlaşdırmaq istəsə də, inandırıcı görünmür. Amma Qərbin Rusiyasız sülh planı mövcuddur. Detalları isə hələ açıqlanmır. Başqa bir kiçik, amma mühüm nüans noyabrda İrəvanda keçiriləcək KTMT sammitidir. Ermənilər iddia edir ki, Azərbaycanla təmas xəttində KTMT müşahidəçiləri də peyda ola bilər.

O ki qaldı Ukraynadakı Qərb-Rusiya toqquşmasının Cənubi Qafqazda təkrarlanmasına, bu haqda danışmaq üçün hələ tezdir. Çünki Ukraynadakı savaş bitməyib və menyuda başqa coğrafiyalar mövcuddur.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*