Qərbin misli görünməyən sanksiyaları Rusiyaya niyə təsir etməyib? – ŞOK SƏBƏBLƏRbackend

Qərbin misli görünməyən sanksiyaları Rusiyaya niyə təsir etməyib? - ŞOK SƏBƏBLƏR

“Artıq Rusiya tətbiq edilən sanksiyaların şokundan ayılıb. iqtisadiyyatını yenidən devirsifikasiya edir, xaricdən aldığı əlavələri daxildə istehsal etməyə çalışır. Digər tərəfdən, Rusiya üzünü Qərbdən Şərq və Cənuba tərəf çevirir. Cənubi Qafqaz ölkələri, İran, Hindistan və Çinlə əlaqələrini gücləndirdiyini görürük. Üzünü çevirdiyi ölkələrin də Rusiya iqtisadiyyatına ehtiyacı olduğundan əlaqələr genişlənir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli səsləndirib. O bildirib ki, Rusiya iqtisadiyyatının çökəcəyi ilə bağlı bir çox beynəlxalq qurumlar, iqtisadi mərkəzlər proqnozlar verirdilər: “Bunun fonunda 2022-ci ildə 12 faizdən çox azalma gözləyirdilər. Amma cəmisi 2,1 faiz azalma müşahidə edildi. Rusiya iqtisadiyyatının 2023-cü ildə neytral qalacağı gözlənilirdi. Hərçənd Rusiya Maliyyə Nazirliyi öz proqnozlarını dəyişdi. İndi 1,2 faiz artımın olacağı proqnozlaşdırılır. Hətta 2023-cü ildə Rusiya iqtisadiyyatı böyüyəcək. Yəni deyilənlərin heç biri öz təsdiqini tapmadı. Sanksiyalar fonunda Rusiya iqtisadiyyatı kiçilmədi və ortalıqda heç bir ciddi nəticə yoxdur. Bunun səbəbləri var. Birincisi, Rusiya zəif ölkə deyil. İkincisi, Rusiyanın zəngin resursları mövcuddur. 2022-ci ildə Rusiya iqtisadiyyatı kiçilsə də, enerji resurslarının həddindən çox olması və qiymətlərin yüksəkliyi ölkəni çətin vəziyyətdən xilas etdi. Rezervlərin dondurulmasına və ödəniş sistemləri ilə əlaqədar sanksiyaların tətbiq edilməsinə baxmayaraq Rusiya iqtisadiyyatı çökmədi. Artıq Rusiya tətbiq edilən sanksiyaların şokundan ayılıb. iqtisadiyyatını yenidən devirsifikasiya edir, xaricdən aldığı əlavələri daxildə istehsal etməyə çalışır. Digər tərəfdən, Rusiya üzünü Qərbdən Şərq və Cənuba tərəf çevirir. Cənubi Qafqaz ölkələri, İran, Hindistan və Çinlə əlaqələrini gücləndirdiyini görürük. Üzünü çevirdiyi ölkələrin də Rusiya iqtisadiyyatına ehtiyacı olduğundan əlaqələr genişlənir”.

Ekspertin sözlərinə görə, Rusiya iqtisadiyyatının çökəcəyi ilə bağlı verilən proqnozların baş tutmamasının digər səbəbləri də mövcuddur: “Müxtəlif texnologiyalar Qazaxıstan, Ermənistan, Gürcüstan və bu kimi ölkələr tərəfindən Rusiyaya gətirildi. Yəni şimal qonşumuz Qərbin xammalından tam məhrum olmadı. Bu da ölkə iqtisadiyatına tətbiq edilən sanksiyaların effektivliyini aşağı saldı. Rusiya mikrodünyadır. Ərazisi 17,1 milyon kvadrat kilometrdir. Dünyanın 14 faizi Rusiyada cəmləşib. Üstəlik, sanksiyaları yalnız Qərb tətbiq edib. Çin, Hindistan, İndoneziya, Braziliya, Türkiyə v İran kimi ölkələr bu sanksiyalara qoşulmayıb. Ona görə də, şimal qonşumuza qarşı tətbiq olunan sanksiyalar gözlənilən effekti verməyəcək. Əksinə iqtisadiyyatının Qərbdən asılılığını aşağı salacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*