Qətli etiraf edib meyitlərin yerini göstərdilər – Baş nazirdən gözlənilməz addımbackend

Qətli etiraf edib meyitlərin yerini göstərdilər – Baş nazirdən gözlənilməz addım

Tailandın Baş naziri Anutin Çarnvirakul Pattayada qətlə yetirilən rusiyalı bacı-qardaş – 22 yaşlı Diana Nazimova və 17 yaşlı Roman Nazimovun ölümü ilə bağlı üzr istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Thairath” qəzeti məlumat yayıb.

Baş nazir bildirib ki, törədilən cinayət Tailandın beynəlxalq nüfuzuna ciddi zərbə vurub.

O, günahkarların qanunvericilikdə nəzərdə tutulan ən ağır cəzanı alacağını və belə hadisələrin təkrarlanmaması üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.

Bundan əvvəl Rusiyanın Tailanddakı səfirliyinin konsulluq şöbəsinin müdiri İlya İlyin cinayətin hərtərəfli araşdırılacağına və təqsirkarların ədalətli şəkildə cəzalandırılacağına ümid etdiklərini bildirmişdi.

Diana Nazimova və qardaşı Romanın itkin düşməsi barədə iyulun 26-da məlumat yayılmışdı. Sonradan polis iki şübhəlini saxlayıb. Saxlanılan şəxslər qətli törətdiklərini etiraf edərək meyitlərin gizlədildiyi yeri hüquq-mühafizə orqanlarına göstəriblər.

İlkin məlumata görə, şübhəlilər bacı-qardaşın mindiyi motosikleti oğurlamağa cəhd etdiklərini, onların müqavimət göstərməsindən sonra isə hər ikisini qətlə yetirdiklərini bildiriblər.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*