Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı istintaq nə zaman yekunlaşacaq?backend

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı istintaq nə zaman yekunlaşacaq?

Ötən il dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəza səbəblərinin istintaqı üzrə yekun hesabatın təsdiqlənəcəyi vaxt açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.

Qazaxıstanın nəqliyyat nazirliyinə istinadən verilən məlumata görə, yekun hesabat ən geci 3 il sonra təsdiq olunacaq.

Qeyd edilib ki, Qazaxıstan qanunlarına görə, insan ölümü ilə nəticələnən aviasiya qəzasının təhqiqatının müddəti komissiya yaradıldığı andan təhqiqatın nəticələrinə dair yekun hesabatın təsdiq edildiyi tarixə qədər, bir qayda olaraq, əlavə araşdırma tələb olunmadığı halda, 36 aydan çox çəkmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*