Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin həyat yoldaşı Safiyə, qızı Ayşə və oğlu Məhəmmədə 6 aylıq səyahət icazəsi verilib.
KONKRET.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının rəsmi saytı açıqlama yayıb.
Qəddafi ailəsinin üç üzvünün səyahət icazələrinin 1 iyun – 30 noyabr tarixləri arasında etibarlı olduğu bildirilib.
Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasının Liviya Komitəsinin zərurət yaranarsa, bu şəxslərin səyahət icazəsini uzada biləcəyi bildirilib.
