Qida allergiyası necə özünü göstərir?backend

Qida allergiyası necə özünü göstərir?

Adi görünən qidalar bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə qida allergiyası olan şəxslər ehtiyatlı olmalı və ilk əlamətlər zamanı həkimə müraciət etməlidirlər.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, plazmaferez, ozonoterapiya mütəxəssisi Ağa İsmayılov bildirib ki, müraciət edən pasiyentdə çiyələk qəbulundan sonra ağır allergik reaksiya inkişaf edib, dəridə geniş yayılmış səpgilər və ləkələr yaranıb.

Bildirib ki, allergik reaksiyanın şiddətini azaltmaq və qanda dövr edən zərərli maddələrin xaric olunmasına kömək etmək məqsədilə ona plazmaferez müalicəsi tətbiq olunub.

Vurğulayıb ki, allergiya hər bir insanda fərqli şəkildə özünü göstərə bilər. Həkim dəridə qəfil səpgilər, qaşınma, şişkinlik və ya tənəffüs çətinliyi yarandıqda vaxt itirmədən tibbi yardım almağı tövsiyə edb..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*