Qırğızıstandan Antalyaya uçan təyyarə Bakıya təcili eniş etdibackend

Qırğızıstandan Antalyaya uçan təyyarə Bakıya təcili eniş etdi

“Türk Hava Yolları” aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, “Boeing B737” təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.

Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*