“Qırmızı Kitab”a düşən nəcib maralın Böyük Qafqaz ərazisindən saylarının artırılaraq Kiçik Qafqaz ərazisinə köçürülməsi nəzərdə tutulur”.
KONKRET.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.
O bildirib ki, artıq bu istiqamətdə ilkin addımlar atılır:
“Onların tutularaq saylarının çoxaldılması planlaşdırılır. Mərhələli şəkildə digər heyvan növlərinin də sayının artırılması planda var”.
