Qırmızı meydanda konsert ləğv edildibackend

Qırmızı meydanda konsert ləğv edildi

23 ildən sonra ilk dəfə olaraq Rusiya Günü münasibətilə Moskvanın Qırmızı meydanında keçirilməsi planlaşdırılan konsert ləğv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Msk1” saytı məlumat yayıb.

Məlumata görə, konsert tədbiri Qırmızı meydandan paytaxtın şərqindəki Preobrajenskaya meydanındakı “Mossovet” Mədəniyyət Mərkəzinə köçürülüb.

Nəşr konsertdə çıxış edən ulduzların sayının da azaldıldığını bildirib.

Qeyd edək ki, Rusiya Gününə həsr olunmuş bayram tədbirləri 2003-cü ildən Qırmızı meydanda keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*