Qızıl oğrusu həbs edildi – FOTObackend

Qızıl oğrusu həbs edildi - FOTOLAR

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bağbanlı kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb. Konkret.az-ın şimal bürosunun məlumatına görə, oğurluqda təqsirli bilinən şəxsin kənd sakini, 19 yaşlı  Raman Mirzəyev olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində onun törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb. Belə ki, saxlanılan şəxs Xaçmaz rayon ərazisində də analoji cinayət hadisəsi törədərək, rayonda yerləşən evlərin birindən zinət əşyaları oğurlayıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək, oğurladığı qızıl-zinət əşyalarını Xaçmaz rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.

Polis əməkdaşları tərəfindən qızılların satıldığı yer müəyyənləşdirilərək, həmin zinət əşyaları maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*