“Qohumlarım da karantinə əməl etməyib, virusa yoluxublar” – TƏBİB sədribackend

"Qohumlarım da karantinə əməl etməyib, virusa yoluxublar” – TƏBİB sədri

“Vəziyyət arzuolunmaz səviyyədə davam edərsə, karantin rejiminin daha da sərtləşdirilməsi və cərimələrin artırılması müzakirə oluna bilər”.

KONKRET.az xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, Türkiyədə, İsraildə, Avropa ölkələrində cərimələrin miqdarı 1000 dollara qədər artırılıb:

“Hətta Hindistanda polis vətəndaşa dəyənəklə müdaxilə edir. Amma düşünmürəm ki, Azərbaycanda buna ehtiyac olsun. Yadınızdadırsa, mən demişdim ki, hər kəs ətrafında virusa yoluxmuş insan görəcək. Bu sözümü fərqli istiqamətə çəkənlər, qarğış kimi qəbul edənlər olmuşdu. Bu sözü deməkdə məqsədimiz o idi ki, insanlar karantin rejiminə əməl etsinlər”.

R.Bayramlı qeyd edib ki, onun da yaxınları, qohumları arasında koronavirusa yoluxanlar var:

“Təəssüf ki, onlar da digər vətəndaşlar kimi karantin qaydalarına riayət etməyib, ad günü, yas mərasimlərində bu virusa yoluxublar. Hətta həkimlərimiz arasında da qaydalara riayət etməyənlər var. Biz Azərbaycan Tibb Univerasitetinin dosentini itirdik. O da ad günündə koronavirusa yoluxmuşdu. Özü öldü, ailə üzvləri isə xəstəxanadadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*