Bu gün səhər saatlarında Gürcüstanda iki zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, birinci yeraltı təkan saat 05:23-də Rusiya-Gürcüstan sərhədi yaxınlığında baş verib. Zəlzələnin gücü 4.2 bal olub.
Növbəti dəfə saat 05:38-də Laqodexi bələdiyyəsinin Zemo Xeçili kəndi yaxınlığında 3.4 ballıq zəlzələ qeydə alınıb.