Qonşu ölkədə pandemiyanın yeni dalğası başlayırbackend

Qonşu ölkədə pandemiyanın yeni dalğası başlayır

Gürcüstanda koronavirus pandemiyasının növbəti dalğası başlayır. Çox güman ki, bu “omikron” ştammından qaynaqlanır.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan Respublika Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin baş direktoru Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, virus ölkədə dekabrın əvvəlində olduğundan daha intensiv şəkildə yayılmağa başlayır. Qamkrelidze ölkə əhalisindən bir daha peyvənd etməyi, maska ​​taxmağı və insanların çox olduğu yerlərdən çəkinməyi xahiş edib.

Qeyd edək ki, 2021-ci ilin dekabrında həkimlər Gürcüstanda ilk “omikron” ştammı ilə yoluxma halını müəyyən ediblər. Bu ilin yanvarından Gürcüstanda epidemik vəziyyət pisləşməyə başlayıb. Buna qədər hər gün orta hesabla 2 min yoluxma qeydə alınırdısa, son sutka ərzində respublikada 3436 nəfər koronavirusa yoluxub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*