Qonşu ölkədə qaydalar yenidən sərtləşdirilirbackend

Qonşu ölkədə qaydalar yenidən sərtləşdirilir

Gürcüstanda pandemiya ilə əlaqədar bəzi qaydalar yenidən sərtləşdirilir. Ölkədə festivallar, əyləncə tədbirləri, konsert və idman yarışları, eləcə də uşaq əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır.

KONKRET.az xəbər verir ki, Gürcüstan Dövlət Qurumlararası Koordinasiya Şurası bu barədə qərar qəbul edib.

Qərara əsasən, restoran və kafelər əvvəlki kimi 24:00-dək deyil, saat 23:00-dək işləyə biləcək.

Koordinasiya Şurası dövlət qurumlarına əməkdaşlara mümkün qədər distant vəziyyətdə fəaliyyət göstərmələri barədə tapşırıq verib. Bu tövsiyə özəl sektor üzrə işəgötürənlərə də aiddir.

Qeyd edək ki, yeni məhdudiyyətlər ölkədə son günlərdə pisləşən epidemioloji vəziyyətlə əlaqədardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*