“Qorxaq adam vəzifəyə görə anasını satar” – Hüsniyyə Məhərrəmovabackend

“Qorxaq adam vəzifəyə görə anasını satar” - Hüsniyyə Məhərrəmova

“Qorxu! Cəmiyyətimizin ən böyük eyibi. Qorxaq adam satqın olur, vəzifəyə, şöhrətə, pula, komfortuna görə dostunu, anasını, qardaşını da satar”.

KONKRET.az xəbər verir ki, bu sözləri teleaparıcı Hüsniyyə Məhərrəmova “Instagram” hesabında yazıb.

O, insanları haqqını tələb etməyə və cəsarətli olmağa səsləyib:

“Qorxağın söz deməyə cürəti çatmır deyə, həmişə başqasının qulu olur. Daha sonra özündən zəif olanlarla qul kimi davranır… Qorxaq adam vicdanını satır, saxtakarlıqdan da çəkinmir, inkişaf etmir, gələcəkdən, dəyişiklikdən qorxur, bataqlığa çevrilir.

Qorxaqların çoxluq təşkil etdiyi cəmiyyət qoyun sürüsünə çevrilir. Odur ki, uşaqlarınızı mərd böyüdün. Onlara şəxsiyyət olmağı öyrədin. Uşaqlıqda “xoxan”la qorxutmaqdansa, böyüyəndə çoxsaylı sevgisiz, hörmətsiz və qorxu içində böyumüş şəxslərə qalib gəlib, insan olmağı öyrədin. Gələcəkdə bizim uşaqların quracağı sağlam cəmiyyəti görmək ümidi ilə…”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*